18 noyabr 2018, Bazar
Ana Səhifə - TƏHSİL - Heydər Əliyev Mərkəzində 57 miniatürdən ibarət sərgi açılıb
Heydər Əliyev Mərkəzində 57 miniatürdən ibarət sərgi açılıb
26.12.2015, 21:25


Dekabrın 26-da Heydər Əliyev Mərkəzində “Baburnamə” miniatürlərindən ibarət sərgi açılıb. Açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin Rusiyanın Dövlət Şərq Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunduğunu bildirib.

Onun sözlərinə görə, Mərkəzdə dünya şöhrətli sənətkarların əsərlərinin nümayiş olunması, ən məşhur sərgilərin burada təqdim edilməsi önəmlidir: “Baburnamə” miniatürlərindən ibarət sərginin təşkili ciddi mərhələlərdən keçib. Bu sərginin Azərbaycana gətirilməsində bütün komanda üzvləri böyük səy göstərdi. Bu layihənin həyata keçirilməsinə dəstəyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürümü bildirirəm”.

Sərginin 2015-ci ildə Heydər Əliyev Mərkəzinin yekun tədbiri olduğunu deyən A.Ələkbərov qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edib.

Diqqətə çatdırıb ki, qarşıdan gələn bayram günlərində Mərkəzin qapısı ziyarətçilərin üzünə açıq olacaq. Sonra Rusiyanın Dövlət Şərq Muzeyinin baş direktoru Aleksandr Sedov sərgi haqqında məlumat verib.

Bildirib ki, ekspozisiyadakı “Baburnamə” əsərinə çəkilmiş 57 miniatür Muzey tərəfindən ilk dəfədir nümayiş etdirilir.

A.Sedov deyib: “Bu kolleksiya bütünlükdə ilk dəfədir vətənini – Rusiyanı tərk edərək xaricdə nümayiş olunur. Çox şadam ki, dünyada ilk dəfə bu kolleksiyanı nümayiş etdirmək imkanı Bakıda yaranıb. Bakı son 2-3 ildə mənim sevimli şəhərlərimdən olub. Mən Şərqə çox səyahət etmişəm. İki il əvvəl Bakıya gəldim və şəhərə, insanlarının mehribanlığına valeh oldum. Əziz bakılılar, çox şadam ki, bu sərgi sizin qarşınızda, sənətsevərlərin qarşısında təqdim edilir. Məlumdur ki, Şərq miniatürü məktəbi – Təbriz məktəbi və ya Azərbaycan məktəbi dünyada aparıcı olub və bu gün də məşhurdur. Düşünürəm ki, o dövrə aid təqdim edilən “Baburnamə” sərgisi də sizin üçün maraqlı olacaq. Bu sərginin qısa müddətdə Azərbaycanda təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə təşəkkür edirəm. Biz heç gözləmirdik ki, ölçü baxımından kiçik olan bu əsərlər bu möhtəşəm məkanda bu dərəcədə gözəl görünəcək. Ümidvaram ki, sərgi sizin üçün maraqlı olacaq”.  

Məlumat verilib ki, Moğol imperiyasının banisi Zəhirəddin Məhəmməd Baburun (1482-1530) yazdığı “Baburnamə” türk və İslam ədəbiyyatında memuar janrında ilk əsərdir.

Müəllif burada öz həyatını qələmə alıb, Mərkəzi Asiya, Əfqanıstan və Hindistanın tarixinə, mədəniyyətinə, etnoqrafiyasına, flora və faunasına dair qiymətli məlumatlar verib.

“Baburnamə” 1589-cu ildə Baburun doğma çağatay dilindən fars dilinə tərcümə edilib.

Avropa alimləri Baburun memuarı ilə XIX əsrin əvvəllərində tanış olublar. 1826-cı ildə kitab çağatay dilindən ingilis dilinə, 1871-ci ildə isə fransız dilinə tərcümə edilib.  

Heydər Əliyev Mərkəzində nümayiş olunan miniatürlərin XVI əsrin sonuncu onilliyində Baburun nəvəsi Əkbər şahın Aqra və ya Lahor şəhərlərindəki emalatxanalarında yaradıldığı bildirilir.  

Qeyd edək ki, Şərq ölkələrində orta əsrlərdə miniatür sənəti məşhur olub və əsasən klassik irsin görkəmli nümayəndələrinin əsərləri əsasında yaradılıb.   Bəzi şifahi məlumatlara görə, həmin miniatürləri rus mesenant Aleksey Morozov 1906-cı ildə Nijni-Novqorodda yarmarkada fars tacirlərindən alıb, daha sonra isə onlar Şərq incəsənət abidələrinin kolleksiyaçısı Pyotr Şukinə keçib. Hazırda həmin miniatürlər Moskvada Dövlət Şərq Muzeyində qorunur. Ümumilikdə 57 vərəqdən ibarət kolleksiya ilk dəfə 1960-cı ildə Semen Tülayevin albom-kataloqunda nəşr edilib.   Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar.   Sərgi 2016-сı il fevralın 3-dək davam edəcək.

Modern.az

   
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Cəmil Həsənli sərbəst buraxıldı
18.11.2018, 00:49

Cəmil Həsənli sərbəst buraxıldı

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi
18.11.2018, 00:38

“Azərbaycanın səfərdə Kosovonu məğlub etməsi  çətin olacaq” – Rəqib baş məşqçi

İŞİD-in son istehkamı da ələ keçirildi
18.11.2018, 00:23

İŞİD-in son istehkamı da ələ keçirildi

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov
18.11.2018, 00:10

“Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm” - Qurban Qurbanov

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı
17.11.2018, 23:56

Fransadakı etirazlarda 220 nəfər xəsarət aldı

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO
17.11.2018, 23:31

Çıxarışsız mənzillərin vergi problemi - VİDEO

FİFA Türkiyə klubunu cəzalandırdı
17.11.2018, 23:09

FİFA Türkiyə klubunu cəzalandırdı

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB
17.11.2018, 22:51

Azərbaycan Farer Adalarını məğlub etdi - YENİLƏNİB

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018, 22:43

Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO

Kamran Ağayev zədələndi
17.11.2018, 22:23

Kamran Ağayev zədələndi

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov
17.11.2018, 22:13

"İcazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır"- Siyavuş Novruzov

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ
17.11.2018, 22:00

Azərbaycandan ABŞ-a qəti etiraz - RƏSMİ

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı
17.11.2018, 21:43

Pəis qızına cərimə yazan polisi mükafatlandırdı

Piyada yol qəzasının qurbanı oldu
17.11.2018, 21:10

Piyada yol qəzasının qurbanı oldu

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır
17.11.2018, 20:56

Azərbaycanda idmanın inkişafına böyük diqqət ayırılır

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

ARXİV