Modern.az

"Space" televiziyasında YENİ TƏYİNAT

"Space" televiziyasında YENİ TƏYİNAT

Media

23 İyun 2026, 19:54

"Space" Müstəqil Teleradio Şirkətində kadr dəyişikliyi olub.

Modern.az xəbər verir ki, Elçin Rəhman oğlu İsmayılov şirkətin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E. İsmayılov Azərbaycan Dillər Universitetinin məzunudur. O, müxtəlif özəl şirkətlərdə və bank sektorunda kreativ və kommunikasiya sahələri üzrə baş mütəxəssis, eləcə də direktor vəzifələrində fəaliyyət göstərib.

Yeni təyinatla Elçin İsmayılov "Space" televiziyasında idarəetmə və kommunikasiya istiqamətləri üzrə fəaliyyətini davam etdirəcək.

(Oxu)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?