Modern.az

Ronaldo rekorda imza ATDI

Ronaldo rekorda imza ATDI

İdman

23 İyun 2026, 23:26

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə 2026-çı ilin Dünya Çempionatında 2-ci turun oyunları davam edir.

Modern.az xəbər verir ki, bugünkü maraqlı qarşılaşmalardan biri Portuqaliya-Özbəkistan matçı olub. K qrupunun bu oyununda Portuqaliya Özbəkistana 5:0 hesabı ilə qalib gəlib.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo isə Özbəkistana qarşı keçirilən oyunda adını yenidən futbol tarixinə yazdırıb.

41 yaşlı hücumçu qarşılaşmada 2 qol vurub. Beləliklə Ronaldo altı müxtəlif Dünya Çempionatında qol vuran ilk futbolçu kimi rekord müəllifi olub. O, 2006, 2010, 2014, 2018, 2022 və 2026-cı illərdə keçirilən mundiallarda rəqib qapılarına qol vura bilən yeganə futbolçudur. İndiyədək heç bir oyunçu bu göstəriciyə nail ola bilməyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!