Modern.az

Pezeşkian İslam ölkələrinə çağırış edib

Pezeşkian İslam ölkələrinə çağırış edib

Dünya

24 İyun 2026, 00:46

İslam ölkələrinin birliyi ixtilaflara qarşı mübarizənin ən təsirli yoludur.

Modern.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşdə deyib.

Onun sözlərinə görə, İran və Pakistan arasındakı münasibətlər praktikada möhkəmləndirilməlidir.

Ş. Şərif isə bildirib ki, İran Prezidentinin səfəri bütün dünyaya Tehran və İslamabad arasında qarşılıqlı etimadın aydın mesajını göndərir:

"İran və Pakistan arasında ticarət dövriyyəsinin həcmini 30 milyard dollara çatdırmaq lazımdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İlham Əliyev ABŞ-də tarix yazdı - Rusiyanın arzusu basdırıldı