Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Qaz İxrac" İdarəsi tərəfindən görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 24-də saat 09:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun "Vulkan", "Baksol", "1 May" yaşayış massivlərinin, Biləcəri kəndinin, DSK yolunun, Binəqədi şosesinin, 3-cü Mədən ərazisinin bir hissəsinin, A.Zeynallı, M.S.Ordubadi, M.Füzuli və Y.İmanov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq", - məlumatda qeyd olunub.