Modern.az

Hörmüzdən 11 mindən çox dənizçi təxliyə ediləcək

Hörmüzdən 11 mindən çox dənizçi təxliyə ediləcək

Dünya

Bu gün, 03:21

Beynəlxalq Dəniz Təşkilatı (IMO) Hörmüz boğazında qalmış 11 mindən çox dənizçinin təxliyə planının icrasına başlayır.

Modern.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Arsenio Domingesin IMO-nun saytındakı bəyanatında bildirilib.

Onun sözlərinə görə, genişmiqyaslı təxliyə əməliyyatı İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dəniz sənayesi nümayəndələri ilə sıx koordinasiya şəraitində həyata keçiriləcək.

O qeyd edib ki, artıq zəruri təhlükəsizlik zəmanətləri alınıb və bu, əməliyyatın icrasına başlamağa imkan verir.

IMO-nun baş katibi vurğulayıb ki, ABŞ və İran arasında sazişin imzalanmasından sonra dəniz təhlükəsizliyinin bərpası üzrə yeni mərhələ başlayır. Onun sözlərinə görə, sənəd mülki gəmiçiliyə hücumların dayandırılması və regionda vəziyyətin sabitləşməsi istiqamətində həlledici addım olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!