Modern.az

Azərbaycanlı tələbə Gürcüstanda vəfat etdi

Azərbaycanlı tələbə Gürcüstanda vəfat etdi

Allah rəhmət eləsi̇n

Bu gün, 17:59

Saqareco bələdiyyəsinin Yormuğanlı kənd sakini, 19 yaşlı Lamiyə Allahverdiyeva evlərində baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Modern.az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, hadisə mətbəxdə qaz sızması səbəbindən baş verən partlayış zamanı qeydə alınıb.

Partlayış nəticəsində gənc qız ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, Lamiyə Allahverdiyeva 12 gün ərzində xəstəxanada müalicə alsa da, aldığı ağır xəsarətlər səbəbindən həyatını itirib.

Qeyd edilib ki, Lamiyə Allahverdiyeva Tbilisidəki İlia Dövlət Universitetinin Elm və İncəsənət fakültəsinin “Gürcü dili, ikinci dil kimi və inteqrasiya proqramı” ixtisası üzrə tələbəsi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!