Modern.az

YAP-ın təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim etdi

YAP-ın təşəbbüs qrupu seçici imzalarını MSK-ya təqdim etdi

Aktual

12 Avqust 2016, 16:20

 

Bu ilin sentyabrın 26-a təyin olunan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yaradılan “Yeni Azərbaycan” təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb.

 

Bu barədə YAP-dan Modern.az-a məlumat verilib.

 

Məlumata görə, 124 seçki dairəsini əhatə edən imzatoplama kampaniyası çərçivəsində Seçki Məcəlləsinin müvafiq tələbinə uyğun olaraq, 40 mindən çox seçici imzası toplanıb.

 

“Yeni Azərbaycan” təşəbbüs qrupu referendum üzrə eyni adlı təşviqat qrupunun qeydə alınması üçün tələb olunan seçici imzalarını Seçki Məcəlləsinin 57, 65, 66 və 68-ci maddələrinın tələblərinə və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilən təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə MSK-ya təqdim edib.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı