18 oktyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR
Sənədsiz evlər probleminin həlli üçün yeganə çıxış yolu: RÜSUM ÖDƏNİLMƏLİDİR
24.09.2017, 16:00

Uzun illərdir ki, Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problemi gündəmdədir. Min bir əziyyətlə başa gələn evlərinin tam hüquqlu sahibi olmaq və qeydiyyata düşmək sadə vətəndaşın arzusu olaraq qalır.  Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb.

Bir neçə il əvvəl Bakı Şəhər İcra Hakimiyyəti hazırda paytaxt və paytaxtətrafı ərazilərdə tikilmiş sənədləşdirilməsi mümkün hesab edilən qanunsuz evlərin sayının 700 mindən artıq olduğunu açıqlayıb.

Hələ 2011-ci ilin martında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdiyini deyib:

“Bakıda evlərin qeydiyyata alınması problemi var. Ancaq elə etmək lazımdır ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısı tam şəkildə alınsın. Sirr deyil ki, qeydiyyata alınma zamanı əsassız tələblər irəli sürülə, rüşvət, əsassız maraqlar ola bilər. Bu, reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm. Bu məsələnin həlli üçün şəffaf mexanizm işlənməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər".

 

Amma görünən odur ki, cənab prezidentin dediyi kimi xoşniyyətli təşəbbüsdən qaz vurub qazan dolduranlar var. Əks halda sənədləri qaydasında olan vətəndaşları min bir bəhanə ilə get-gələ salmazdılar.Yoxsa onlar ölkə başçısı 2015-ci ilin yanvarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə imzaladığı fərmanını da görməyiblər?...

 

Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etməlidir.

Fərmanın verilməsində 2 il keçməsinə baxmayaraq hələ də vətəndaşlar evlərin və torpaq sahələrinin özəlləşdirilməsində bürokratik ənəgəllərlə qarşılaşırlar. Əksəriyyət öz evində qonaq kimi yaşayır...

 

Tanınmış iqtisadçı Vüqar Bayramov da Modern.az-a təsdiqləyb ki, vətəndaşlar uzun illər yaşadığı evdə qeydiyyata düşməkdə çətinlik çəkir:

“Onların öz mülkiyyətinə leqal olaraq sahib olmasında çətinliklər var. Çünki evlər  qeydiyyata alınmır. Hazırda Bakı və ətrafında 500 min sənədsiz ev var. Sənədsiz evlərin bir qismi nisbətən riskli ərazilərdə-neft buruqlarına, su, qaz, elektrik xətlərinə yaxın ərazilərdə yerləşir. Sənədsiz evlərin bir qismi riskli ərazilərdə inşa edilsə də belə, evlərin böyük əksəriyyəti risksiz yerlərdə tikilib. Onların sənədləşdirilməsi imkanları daha genişdir və mütləq şəkildə ev sahiblərinin sənədlə təmin edilməsinə ehtiyac var. Evlərin sənədlə təmin edilməsinin yubadılmasında xüsusilə riskli ərazilərdə yerləşən sənədsiz evlərin taleyilə bağl qeyri-müəyyənlik hökm sürür. Məqsədəuyğundur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən sənədsiz evlərin riskli və risksiz ərazilərdə yerləşənlərin siyahısı çıxarılsın. Bununla riskli ərazilərdə yerləşən evlərin sayının müəyyən edilməsi mümkün olacaq. Həmin evlərin köçürülməsi, yaxud sökülməsi gündəmə gələrsə, kompensasiya ödənilməsi  müəyyənləşdirilsin. Riskli ərazilərdə yerləşən evlər isə məhdudiyyətsiz olaraq sənədləşdirilsin”.

 

Ekspert təklif edir ki, inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, sənədsiz evlərin sənədləşdirilməsi üçün rüsum müəyyənləşdirilsin:

 

“Rüsum müəyyənləşdirildikdən sonra ev sahibi rüsumu ödəyərək mülkiyyət hüququnun tanıdılmasına nail olacaq. Bu vətəndaşalrın sənədsiz ev probleminin həll edilməsi yollarından biridir. Digər tərəfdən, bu imkan verəcək ki, həmin rüsum hesbaına dövlət büdcəsinə vəsait cəlb etmək mümkün olsun. Bu isə büdcədaxilolmaları baxımından vacibdir. Sənədsiz evlərin sənədləşdirilməsi onların vergiyə cəlb edilməsi, kommunal xidmətlərlə fasiləsiz təmin edilməsi baxımından da vacibdir. Problemin həlli yolları var. Düşünürəm ki, ilkin olaraq qiymətləndirmənin aparılması, heç də böyük məbləğdə olmayan rüsumun müəyyənləşdirilməsi yolu ilə sənədsiz evlər probleminin həlli mümkündür. Evinə sənəd almaqla həm vətəndaş, büdcəyə əlavə gəlir gətirməklə həm də dövlət qazanacaq”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycanda ailə dayanıqlığı: problemlər və qlobal çağırışlar
18.10.2017, 13:27

Azərbaycanda ailə dayanıqlığı: problemlər və qlobal çağırışlar

Ukraynanın daxili işlər naziri Saakaşviliyə qarşı təxribat hazırlaya bilər – MÜSAHİBƏ
18.10.2017, 13:25

Ukraynanın daxili işlər naziri Saakaşviliyə qarşı təxribat hazırlaya bilər – MÜSAHİBƏ

“Azərsu” 200-dən çox obyektin sökülməsini istəyir
18.10.2017, 13:23

“Azərsu” 200-dən çox obyektin sökülməsini istəyir

“Ermənistan imitasiya ilə məşğul olacaqsa, cəbhədə gərginlik, hərbi təzyiq artacaq”   
18.10.2017, 13:19

“Ermənistan imitasiya ilə məşğul olacaqsa, cəbhədə gərginlik, hərbi təzyiq artacaq”  

“Razılaşdırılmamış yürüşün keçirilməsinə imkan verilməyəcək” - Müsavata XƏBƏRDARLIQ
18.10.2017, 13:12

“Razılaşdırılmamış yürüşün keçirilməsinə imkan verilməyəcək” - Müsavata XƏBƏRDARLIQ

Azərbaycan Rusiya ilə danışıqlara başladı
18.10.2017, 13:03

Azərbaycan Rusiya ilə danışıqlara başladı

Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..   
18.10.2017, 12:54

Türkmən və Türk Mən - Doğrudanmı gözləriniz kordur?..  

Dünya reytinqində Azərbaycanın ixtisaslaşmış universitetlərinin lideri
18.10.2017, 12:47

Dünya reytinqində Azərbaycanın ixtisaslaşmış universitetlərinin lideri

Azərbaycanda daha 390 nəfər dəhşətli virusa yoluxub   
18.10.2017, 12:47

Azərbaycanda daha 390 nəfər dəhşətli virusa yoluxub  

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU
18.10.2017, 12:47

Sabah Bakıya yağış yağacaq – HAVA PROQNOZU

Meydan mitinqlərinin ilk aparıcısı: “Müstəqilliyə səs verməyənlər kreslolarından qorxurdular”  
18.10.2017, 12:40

Meydan mitinqlərinin ilk aparıcısı: “Müstəqilliyə səs verməyənlər kreslolarından qorxurdular”  

Madər Musayev Müstəqillik Aktına niyə imza atmayıb? - AÇIQLAMA
18.10.2017, 12:23

Madər Musayev Müstəqillik Aktına niyə imza atmayıb? - AÇIQLAMA

Qırğızıstan prezidenti Nazarbayev haqda dediklərindən peşman olub
18.10.2017, 12:14

Qırğızıstan prezidenti Nazarbayev haqda dediklərindən peşman olub

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi
18.10.2017, 12:11

Arzu Əliyevanın filmi Londonda nümayiş etdirildi

Nazir müavini: "Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur”
18.10.2017, 12:05

Nazir müavini: "Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur”

Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...   
18.10.2017, 12:02

Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...  

Radiotezliklərə MÜDAXİLƏ – hökumətə ÇAĞIRIŞ edildi
18.10.2017, 11:49

Radiotezliklərə MÜDAXİLƏ – hökumətə ÇAĞIRIŞ edildi

“SSRİ-nin əleyhinə səs verən “İstiqlalçı deputatlar” hələ ki öz haqlarını almayıblar” - Vahid Əhmədov   
18.10.2017, 11:46

“SSRİ-nin əleyhinə səs verən “İstiqlalçı deputatlar” hələ ki öz haqlarını almayıblar” - Vahid Əhmədov  

Bakıdakı məşhur restoran rus ailəsinin toyundan imtina etdi – Məhərrəmliyə görə
18.10.2017, 11:44

Bakıdakı məşhur restoran rus ailəsinin toyundan imtina etdi – Məhərrəmliyə görə

Qarabağ separatçılarının sponsoru öldü
18.10.2017, 11:38

Qarabağ separatçılarının sponsoru öldü

Gədəbəydə 38 yaşlı hamilə qadın sirkə turşusu içdi
18.10.2017, 11:31

Gədəbəydə 38 yaşlı hamilə qadın sirkə turşusu içdi

Kapital Bank beynəlxalq tədbirlərdə
18.10.2017, 11:23

Kapital Bank beynəlxalq tədbirlərdə

Medvedev Avropa Birliyinə görə Yerevana gedir
18.10.2017, 11:22

Medvedev Avropa Birliyinə görə Yerevana gedir

Prezident Polşanın xarici işlər nazirini qəbul edib
18.10.2017, 11:14

Prezident Polşanın xarici işlər nazirini qəbul edib

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: “Özünüzdən muğayat olun, gələ bilməyəcəm” - FOTO   
18.10.2017, 11:08

Oğluna adı qoyulan ŞƏHİDİN sonuncu zəngi: “Özünüzdən muğayat olun, gələ bilməyəcəm” - FOTO  

Pakistanda partlayış: 7 polis öldü
18.10.2017, 11:00

Pakistanda partlayış: 7 polis öldü

İlham Əliyev baş katibi qəbul etdi
18.10.2017, 10:51

İlham Əliyev baş katibi qəbul etdi

Ermənistan atəşkəsi 122 dəfə pozdu
18.10.2017, 09:54

Ermənistan atəşkəsi 122 dəfə pozdu

Qiyas İbrahimovla atasının məhkəməsi keçiriləcək   
18.10.2017, 09:51

Qiyas İbrahimovla atasının məhkəməsi keçiriləcək  

Balakəndə atalığın zorladığı 12 yaşlı qız hələ də sığınacaqdadır
18.10.2017, 09:48

Balakəndə atalığın zorladığı 12 yaşlı qız hələ də sığınacaqdadır

Türkiyəli deputat Azərbaycanı təbrik etdi
18.10.2017, 09:47

Türkiyəli deputat Azərbaycanı təbrik etdi

Saakaşvilinin tərəfdarları deputatı döyüb, üzünə tüpürdülər - VİDEO 
18.10.2017, 09:40

Saakaşvilinin tərəfdarları deputatı döyüb, üzünə tüpürdülər - VİDEO 

Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azala bilər
18.10.2017, 09:26

Ermənistan əhalisinin sayı 2.5 milyon nəfərə qədər azala bilər

Müstəqillik Aktına şahidlik etmiş məşhur fotoqraf: “Uşaq kimi bayrağın dalınca qaçırdım” - MÜSAHİBƏ
18.10.2017, 09:22

Müstəqillik Aktına şahidlik etmiş məşhur fotoqraf: “Uşaq kimi bayrağın dalınca qaçırdım” - MÜSAHİBƏ

Bank olmayan kredit təşkilatları – onun özəllikləri nədir?
18.10.2017, 09:11

Bank olmayan kredit təşkilatları – onun özəllikləri nədir?

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.19%)
“Azərişıq”(29.2%)
“Azərsu”(9.74%)
“Azəristiliktəchizat”(3.24%)
Heç biri(52.5%)