Modern.az

Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam AXTARILIR

Xaləddin İsgəndərovun Bakı-Sumqayıt yolundakı təpələri söküləcək - Tıxaca əncam AXTARILIR

19 Sentyabr 2018, 11:06

Yeni tədris ilinin başlanması ilə paytaxtdakı küçə və prospektlərdə ənənəvi tıxaclar da artıb. Şəhərin müxtəlif yerlərində təxminən eyni vəziyyətdir. Amma ən böyük tıxac xüsusilə günün pik saatlarında Sumqayıt-Bakı istiqaməti üzrə avtomagistral yolda müşahidə edilir. İnsanlar dəqiqələrlə, bəzən saatlarla tıxacda qalmalı olurlar. Tıxacda vaxt itirmək, işə gecikmək, buna görə müdir tərəfindən danlanmaq isə gündəlik problemlərlə yanaşı, insanlara əlavə gərginlik yaradır.

Yoldan daimi istifadə edən sərnişinlərin bildirdiyinə görə, tıxac səbəbi “Bakı Beynəlxalq Avtovağzalı”na giriş hissəyə yaxın yolda çəkilmiş düz xətt nişanı və  ərazidə yaradılan süni təpəciklərdir. 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məsələ ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

O qeyd edib ki, hazırda şəhər yollarında hərəkətin intensivliyinə maneə yaradan, sıxlığa və tıxaca səbəb olan hallar aşkar edilərək aradan qaldırılır:

“Qeyd edilən ünvana da mütəxəsisslərimiz tərəfindən baxış keçiriləcək, ərazidə təhlillər aparılıb uyğun qərar veriləcək”. 

M.Ağayev bildirib ki, ərazidə yaradılan süni təpənin hərəkətə mane olduğu aşkarlanarsa, oradan götürüləcək:

“Bizim istəyimiz yollarda hərəkətə maneə yaradan halları aşkar edib aradan qaldırmaqdır. O cümlədən, qeyd edilən yolda. Orda təhlillər aparılacaq, əgər süni təpə hərəkətə maneə yaradırsa, o halda təbii ki, götürüləcək. Önəmli olan hərəkətin təhlükəsizliyi və rahatlığını təmin etməkdir”.

Qeyd edək ki, süni təpələr Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun “şəhərimizin giriş qapısı yaşıl olmalıdır” şüarı ilə salınmışdı.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır