Modern.az

Yazıçılar Birliyinin Moskva bölməsinə yeni sədr təyin olundu - FOTO

Yazıçılar Birliyinin Moskva bölməsinə yeni sədr təyin olundu - FOTO

8 Oktyabr 2018, 13:19

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinə yeni sədr təyin olunub.

 

Modern.az-ın məlumatına görə AYB-nin Moskva bölməsinin yeni sədri  Abuzər Bağırovdur.

 

Abuzər Bağırov 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olub. Burada kənd orta məktəbini bitirib. (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib. (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlayıb. (1975-1976). Sovet ordusunda xidmət edib. (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olub. (1977-1978).

 

SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləyib. (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olub.(1981-1988).

 

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən). Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir.

 

Qeyd edək ki, Abuzər Bağırova qədər  Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin sədri  R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatı Nəsib Nəbioğlu olub.



Şəkildə: Soldan sağa - Nəsib Nəbioğlu, Anar, Abuzər Bağırov, Tofiq Məlikli...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır