Modern.az

Azərbaycan 20 pillə gerilədi

Azərbaycan 20 pillə gerilədi

19 Oktyabr 2011, 13:19


FİFA oktyabr ayı üçün yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 20 pillə geriləyərək 117-ci yerdə qərarlaşıb.
AÇ-2012-nin seçmə mərhələsinin son younlarında evdə Avstriyaya 1:4, Türkiyəyə isə 0:1 hesabı ilə məğlub olan millimiz 97-ci pillədən 117-ci yerə enib.

Hazırda aktivində 265 xal olan Azəırbaycan millisi Qrenadadan bir pillə geridə, Lüksemburqdan isə bir pillə irəlidə qərarlaşıb.
Reytinq siyahısına zirvəsində isə heç bir dəyişiklik baş verməyib. Siyahıya ötən ayda olduğu kimi İspaniya, Hollandiya və Almaniya üçlüyü başçılıq edib. Uruqvay 4-cü pillədə qərarlaşdığı halda, Braziliya millisi 2 pillə irəliləyərək 5-ci yerə yüksəlib.  

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!