Məktəb direktoru vəzifəsinə işə qəbul müsabiqəsində minimum bal tələbi namizədin müraciət etdiyi məktəbdəki şagird sayına görə müəyyənləşdirilir.
Modern.az xəbər verir ki, şagird sayı 501-dən çox olan məktəblərə müraciət edən namizədlər sertifikatlaşdırmanın test mərhələsində azı 51 bal toplamalıdırlar. Şagird sayı 500-dən az olan məktəblər üzrə minimum tələb 42 baldır.
Sertifikatlaşdırmanın test mərhələsində iştirak etməyən namizədlər üçün müəllimlərin işə qəbulu müsabiqəsinin və ya diaqnostik qiymətləndirmənin test imtahanında, yaxud ixtisas bilikləri imtahanında müvafiq olaraq azı 85 faiz və 70 faiz nəticə tələb olunur.
Şagird sayı 500 və ya 501 olan məktəblər üzrə bal həddi müsabiqəyə dair sual-cavab sənədində göstərilməyib.