Modern.az

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

Binəqədidə Rumıniyanın Mədəniyyət günü keçirildi

Aktual

16 Yanvar 2019, 11:07

15 Yanvar 2018 – ci il tarixində Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı  Corce  Enesku adına parkda Rumıniyanın  Mədəniyyəti Günü ilə bağlı tədbir keçirilib.

Modern.az xəbər verir ki, Mədəniyyət günü Rumıniyanın xalq şairi Mihai Emineskunun dünyaya gəlməsi ilə eyni gündə keçirilir. Bu tarixin Rumıniyanın mədəniyyət günü kimi seçilməsində xüsusi önəm vardır. Belə ki, Mihai Eminesku müasir rumın dilinin inkişafına verdiyi üstün töhfələrə görə, Rumıniya mədəniyyətinin “dan ulduzu” adlandırılaraq əsas simvol hesab olunur. Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının  müavini Aygün Əliyeva, Rumıniya dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Dan İanku, Moldova dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri George Leuke, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, RİH Aparatının məsul əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı  qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ləman Əliyeva, Binəqədi Rayon bələdiyyəsinin əməkdaşları və səfirliyin nümayəndələri iştirak etmişdirlər. Əvvəlcə Rumıniya və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirildi. Sonra tədbir iştirakçıları tanınmış rumın bəstəkar Corc  Enescunun Bakının Binəqədi rayonunda yerləşən abidəsi qarşısına əklil və çiçəklər qoydular.Tədbiri açıq elan edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxışında tədbir iştirakçılarına tədbirin mahiyyətini izah edərək iki ölkə arasında olan dostluq münasibətlərindən danışdı. O dedi ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Səfir o cümlədən, yüksək səviyyəli təşkilatçılığa görə Binəqədi Rayon İcra Hakimiyyətinə öz təşəkkürünü bildirdi.

 Çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva iki ölkə arasında olan dostluq münasibətlərindən danışaraq bu formada olan mədəni tədbirlərin vacibliyini, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığını, xalqlarımızın uzun illərdir dostluq etdiyini, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşdıqlarını qeyd edib.

Daha sonra tədbir Binəqədi rayonunda fəaliyyət göstərən “İdrak” liseyində davam etdirildi. Tədbirdə uşaqların əl işlərindən ibarət Rumınya mədəniyyətinə həsr olunmuş sərgiyə baxış keçirildi, şagirdlərin ifasında Azərbaycan Rumınya dostluğunu əks etdirən bədii  kompozisiyalar səsləndirildi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir