Mayın 14-də Rusiya ordusu Kiyevə raket və PUA-larla kütləvi zərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, şəhərə PUA, ballistik və qanadlı raketlərlə zərbələr endirilib. Şəhərin 7 rayonunda dağıntı və yanğınlar qeydə alınıb.
Bildirilib ki, zərbələr nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə yaralanıb.
Paytaxtın Darnitski rayonunda yaşayış evi çöküb, dağıntılar altında qalanlar var.