Modern.az

Süni intellekt sənət adamlarını əvəz edə bilməz - nazir

Süni intellekt sənət adamlarını əvəz edə bilməz - nazir

Mədəniyyət

Bu gün, 21:38

Süni intellekt düzgün istiqamətdə istifadə olunduqda insanların işini asanlaşdıran və yeni imkanlar yaradan alətə çevrilə bilər.

Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib.

Adil Kərimli qeyd edib ki, dublyaj sahəsində süni intellektə münasibət bir qədər fərqlidir. Onun sözlərinə görə, texnologiyanın sürətli inkişafı dublyaj aktyorlarında narahatlıq yarada bilər:

“Bəzi hallarda süni intellekt dublyaj aktyorları tərəfindən dostdan çox rəqib kimi qəbul olunur. Amma düşünürəm ki, bundan qorxmağa ehtiyac yoxdur”.

Nazir vurğulayıb ki, dublyaj aktyorlarının öz yaradıcılıqlarını ifadə etmələri üçün kifayət qədər imkanları mövcuddur və süni intellekt Azərbaycan mədəniyyətinin təbliğində mühüm rol oynaya bilər.

O əlavə edib ki, yaxın gələcəkdə süni intellektin sənət adamlarını əvəz etməsi real görünmür:

“Nə bəstəkarı, nə rəssamı, nə də digər yaradıcı insanları əvəz edəcək qüdrətə sahibdir”.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?