Modern.az

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır - Adil Kərimli

Azərbaycan mədəniyyətinin iqtisadiyyatda payı artır - Adil Kərimli

İqtisadiyyat

Bu gün, 21:53

Azərbaycan mədəniyyəti iqtisadi dəyər yaradan və ölkəyə xarici valyuta gətirən potensiala malikdir.

Modern.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Real TV”yə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, mədəniyyət yalnız mənəvi sahə deyil, həm də qeyri-neft sektorunun mühüm istiqamətlərindən biridir:

“Konsepsiyanın əsas məqsədlərindən biri də mədəniyyətin potensialından istifadə edərək onun iqtisadi dəyər yaratmaq qabiliyyətini artırmaqdır”.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti məzmun və forma baxımından böyük zənginliyə malikdir və bu imkanlar ciddi iqtisadi dəyər formalaşdıra bilər.

Adil Kərimli vurğulayıb ki, mədəni və yaradıcı sənayelərin iqtisadiyyatda payının artırılması istiqamətində işlər aparılır:

“2022-ci ildə mədəni yaradıcı sənayelərin iqtisadiyyatda payı 0,6 faiz idisə, 2025-ci ildə bu göstərici artıq 1 faizə yüksəlib”.

Nazir bildirib ki, bu sahəyə Azərbaycan mədəni məhsullarının ixracı da daxildir və həmin məhsullar ölkəyə xarici valyuta gətirir:

“Bugün Azərbaycanın mədəni məhsulları ixrac olunur və ölkəyə xarici valyuta qazandırır”.

O əlavə edib ki, hazırda əsas məqsəd bu sahənin daha da genişləndirilməsi, keyfiyyətinin artırılması və yeni məzmunların formalaşdırılmasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?