Modern.az

Binəqədidə Sakinlərin Müraciət Xidmətinin 6 yaşı tamam oldu  

Binəqədidə Sakinlərin Müraciət Xidmətinin 6 yaşı tamam oldu   

6 Fevral 2019, 16:47

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətinin bu gün fəaliyyətinin 6 ili tamam olur.


Xidmət vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların rayonda fəaliyyət göstərən dövlət qurumlarına müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış, bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilərək 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.


Fəaliyyətə başladığı dövrdən Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 193102 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 39761 vahid olub.


Xidmətin fəaliyyətə başladığı tarixdən 6 il ərzində 1 gün üçün cavablandırılmış orta zəng sayı 90 vahid olub.

6 il ərzində icraat vərəqəsi açılmış 39761 vahid müraciətin  32429  vahidi və ya 81.5 %-i tam, 2632 vahidi və ya 6.6 %-i  qismən, 4742 vahidi və ya 11.9 %-i müvafiq izahat verilərək həll edilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi