Arxiv
2 Fervral 2019, 14:24 | QARABAĞ
Şəhid polkovnik Raquf Orucovun oğlu: “Şəhidlərin hər biri bizik!”  

"Mən Qarabağı görmədən, atamın doğma eli Ağdamı görmədən böyüdüm. Amma həmişə vətənsizliyin, işğal altında olan torpaqlarımızın həsrətini kiçik ürəyimdə böyüdərək yaşadım. Atam hərbçi idi! Həm də adi hərbçi yox! Doğma elini itirmiş, anasını, yaxınlarını şəhid vermiş bir Qarabağ qazisi idi. Eyni zamanda səngər komandiri idi. Bizim ən xoş günlərimiz atamızla birgə əsgərlərin yanında keçən zamanlarımız oldu. Bu görüşlər bizim əyləncəmiz idi”.

Bu fikirləri şəhid polkovnik-leytenant Raquf Orucovun oğlu Aqşin Oruclu ötən həftə prezident İlham Əliyevin qarşısında  çıxış edərkən deyib.

Aqşin Oruclu ADA Universitetinin Biznesin təşkili və idarəedilməsi fakultəsində təhsil alır. Atası Raquf Orucov şəhid olanda Aqşin hələ məktəbli idi.


Modern.az
saytı qəhrəman atanın oğlu ilə söhbət edib. Onun gənclik və vətənpərvərliklə bağlı təəssüratlarını öyrəndik:

“Şəhid övladı kimi Prezident İlham Əliyevin qarşısında çıxış edərkən həm həyəcanlı, həm də qürurlu idim.  Cənab prezidentin və gənclərin qarşısında çıxış etmək məsuliyyətlidir.  Şəhid ailələrinə, Qarabağ qazilərinə prezidentimizin göstərdiyi nəvaziş, diqqət, qayğı insanlarımıza olan ehtiramın nəticəsidir. Hər zaman şəhidlərimizin anılması qürurverici hissdir. Bu onu göstərir ki xalq öz şəhid övladlarını heç zaman unutmur və daim onların ailəsinin, övladlarının yanındadır”.


Aqşin Oruclunun sözlərinə görə,  bu gün Azərbaycan gəncləri arasında milli ruhun yüksəldilməsinə səy göstərilir:

“Bu, dövlətimiz üçün də çox önəmlidir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqını öz torpaqları uğrunda ayağa qaldırdı. Xalq olaraq birləşə bildik. Bu çox önəmli faktordur. Xalq olaraq bir daha göstərdik ki, torpaqlarımızın azadlığı və suverenliyi bizim üçün vacib amillərdən biridir. Ona görə də bugünkü gəncliyimizin sabaha inamla addımlayacağına ümidlə baxıram. Prezidentin və gənclərin qarşısında çıxış edərkən bir daha Azərbaycan gəncliyinin mübarizliyinə əmin oldum.  Boşuna deyilmir ki, Şəhidlər ölmür. Bir gənc olaraq demək istəyirəm ki, nə atam, nə də digər şəhidlərimiz ölüb. Onların hər biri bizik. Təbii ki, bir vətəndaş olaraq vətənə borcum var. Hər zaman sadiq olmaq və layiqli gənc kimi yetişmək! Vətən sağ olsun!”.

 

Qeyd edək ki, fevralın 1-də Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Salyandakı ağır qəzada 1 nəfər öldü 21 Aprel 2019, 22:17 Poroşenko siyasətdən getməyəcəyini açıqladı 21 Aprel 2019, 21:57 Vladimir Zelenski xalqa müraciət etdi 21 Aprel 2019, 21:34 Bir sutkada Suriyaya 1066 qaçqın qayıdıb 21 Aprel 2019, 21:19 Ukraynanın yeni  prezidenti  Zelenskidir 21 Aprel 2019, 21:01 Türkiyədə zəlzələ oldu 21 Aprel 2019, 20:45 “Hunday”ın təsisçisinin nəvəsi narkotikə görə tutuldu 21 Aprel 2019, 20:33 Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq ölüb 21 Aprel 2019, 20:21 Kamal Kılıçdaroğlu döyülməsindən danışdı: “Şəhidlərin dəfninə getməyimi istəmirlər” 21 Aprel 2019, 20:09 Elməddin Behbud: “Azərbaycan Türk Şurası ölkələri ilə münasibətlərin inkişafı istiqamətində fəaliyyət göstərir” 21 Aprel 2019, 20:08 Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada 21 Aprel 2019, 18:29 Kamal Kılıçdaroğlu döyüldü - FOTOLAR 21 Aprel 2019, 18:07 General Bakı Qarnizonu ilə bağlı tapşırıq verdi 21 Aprel 2019, 18:03 Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı - FOTO 21 Aprel 2019, 17:58 AvroLiqanın kuboku Moskvada təqdim olundu 21 Aprel 2019, 17:05 Gürcüstanda aksiya -Polis qazdan və rezin güllədən istfadə etdi 21 Aprel 2019, 16:42 11-ci sinif şagirdləri buraxılış imtahanları veridilər - YENİLƏNİB 21 Aprel 2019, 16:00 Azərbayacn Xarici İşlər Nazirliyindən Şri-Lankada baş verən terrora MÜNASİBƏT 21 Aprel 2019, 15:54 Tovuzda 70 yaşlı kişi bıçaqlandı 21 Aprel 2019, 15:40 Dövlət qulluqçusu olmaq istəyənlər imtahan verdi   21 Aprel 2019, 15:10 Şri-Lankada terror aktlarının sayı 8-ə çatdı 21 Aprel 2019, 14:29 Sabahın HAVASI: Yağışlı, küləkli olacaq 21 Aprel 2019, 13:39 10 min dollardan çox kredit borcu olanlara da güzəşt ediləcək   21 Aprel 2019, 13:30 Avtobus  qəzasında xəsarət alanlar evə buraxıldı - YENİLƏNİB 21 Aprel 2019, 13:22 Fransanın Nant şəhərində Azərbaycan məktəbi açıldı   21 Aprel 2019, 12:29 Gömrükdən malların və avtomobillərin keçirilməsi qaydasında DƏYİŞİKLİK 21 Aprel 2019, 12:01 Kürdəmirdə YANĞIN:  5 nəfər yaralandı 21 Aprel 2019, 11:58 Şri-Lankada 6 partlayış: 160 ölü, 500-dən çox yaralı - FOTOLAR- YENİLƏNİB 21 Aprel 2019, 11:28 Kürdə suyun səviyyəsi artdı 21 Aprel 2019, 11:19 Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir 21 Aprel 2019, 10:49