Modern.az

Binəqədidə talassemiya ilə bağlı maarifləndirici təlim

Binəqədidə talassemiya ilə bağlı maarifləndirici təlim

27 Fevral 2019, 16:42

27 fevral 2019-cu il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin inzibati binasında  Heydər Əliyev Fondu, Gənclər və İdman nazirliyi, Səhiyyə nazirliyi, Respublika Talassemiya Mərkəzi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” - “Qan ver, həyat qurtar” şüarı altında maarifləndirici təlim keçirilib.

 

Modern.az xəbər verir ki, təlimdə   Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Talassemiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Ramin Bayramlı, qan xəstəlikləri üzrə aparıcı hematoloqlar, rayon ərazisində yaşayan,  təhsil alan və çalışan fəal gənclər iştirak etmişdir.

Çıxış edənlər ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlərdən danışıb, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər yeni nailiyyətlərə yol açdığını vurğulayıblar. Natiqlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində görülən işlər, talassemiyalı xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar bu xəstəliyə düçar olanların müalicəsində və profilaktikasında mühüm rol oynadığını, xəstələrə və onların ailələrinə mənəvi baxımdan böyük dəstək olduğunu bildiriblər.

Təlim Talassemiya Mərkəzinin aparıcı hematoloqlarının Talassemiya və digər irsi qan xəstəliklərinin qarşısını ala bilərikmi ; Leykemiyalar barədə nə bilirik? ;  Gənclərə qanın, qan komponentlərinin donorluğunun aşılanması, eyni zamanda qan donorluğunun inkişafına dəstək və Hepatitlər barədə nə bilirik? mövzularda məruzələr və  suallar cavablandırılması ilə davam etdirilib. Gənclərə maarifləndirici bukletlər paylanılıb.

 

Maarifləndirici konfransın davamı olaraq 28 fevral 2019-cu il tarixində Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...