Modern.az

Binəqədidə “Qan ver, həyat qurtar” aksiyası baş tutub

Binəqədidə “Qan ver, həyat qurtar” aksiyası baş tutub

Aktual

28 Fevral 2019, 18:15

Heyder Əliyev Fondu, Talassemiya Mərkəzi, Gənclər və İdman Nazirliyi və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 fevral 2019-cu il tarixində Binəqədi Gənclər Evində keçirilmiş “Talassemiyasız həyat naminə” Elmi-kütləfi Konfransının davamı olaraq 28 fevral tarixində Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası baş tutub.

 

Talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə keçirilən bu aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar.

 

Ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

 

Məlumat üçün qeyd edək ki, Talassemiya Mərkəzi 2009 –cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Talassemiya Mərkəzinin yaradılması, mərkəzdə göstərilən xidmət yüzlərlə bu xəstəlikdən əziyyət çəkən insanlara dövlətimizin diqqət və qayğısının əsas göstəricisidir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub