Modern.az

Abbasqulu Ağa Bakıxanov Şah İsmayıl Xətai haqqında nə yazıb?

Abbasqulu Ağa Bakıxanov Şah İsmayıl Xətai haqqında nə yazıb?

20 İyul 2015, 00:35

AMEA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki "Şah Xətai İrsini Araşdıran Qrup"un təşəbbüsü ilə Azərbaycan Səfəvilər Dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayıl Xətainin irsinin təbliğində 19-cu əsr tanınmış Azərbaycan mütəfəkkiri Abbasqulu Ağa Bakıxanovun rolu mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada AMEA-nın Fəlsəfə və Hüquq, Tarix, Şərqşqnaslıq İnstitutlarının alimləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun Azərbaycanın Orta Əsrlər Tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli qeyd edib ki, Şah Xətai dövrünü geniş şəkildə izah edib. D.Əzimli bildirib ki, Xətai dünya tarixində özünəməxsus yer tutan nadir şəxsiyyətlərdən biridir, onun dövrü Azərbaycan tarixinin qızıl dövrüdür. Ona görə Şah Xətainin Qızılbaşlıq ideyası Türk millətçiliyi ilə ifadə olunub: “Şah İsmayıl Xətainin dövründə millət vahid ideologiya ətrafında birləşdirildi. Bu çox böyük tarixi bir vəzifə idi ki, Şah Xətai öhdəsindən gəldi. Məsələnin digər tərəfi isə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə gətirilməsiydi. Şah İsmayıl Xətai Bütöv Azərbaycanın, Türklüyün simvoludur”.

O bildirib ki, Xətaiylə bağlı qarayaxmalara görə dövlət rəhbərliyinə müraciət etmək lazımdır.

Tarix İnstitutunun Azərbaycan Orta Əsrlər Tarixi şöbəsinin tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov isə A.A.Bakıxanovun irsində Səfəvilərin əksində bəhs edib. X.Qasımov bildirib ki, Bakıxanov Səfəvi dövründəki mədəniyyəti çox böyük ustalıqla ifadə edib. Onun fikrincə, Bakıxanovun Səfəvilərə olan sevgisi onun milli mədəniyyətə və vətənə bağlılığından irəli gəlib.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərov (Qəzənfəroğlu) öncə bildirib ki, Şah İsmayıl Xətainin dogum günü Azərbaycanın Bütövlük günü kimi qeyd olunmaldır. Onun fikrincə, 18 iyul tarixi Xətai Azərbaycanın bütövləşməsi yolunda böyük bir rol oynamaqdadır.

”Bunu hiss edən düşmənlərmiz istər Güney Azərbaycanda, istərsə Quzey Azərbaycanda Xətaini qaralama kampaniyası aparırlar”.
F.Ələkbərov qeyd edib ki, Səfəvilərin Azərbaycan Türk tarixində möhtəşəmliyini ilk görənlər arasında A.A.Bakıxanov mühüm yer tutur. Bakıxanovun "Gülüstani-İrəm" əsərində Səfəvilərə xüsusi diqqətin ayrılması və sair məsələlər bu kitabın Çar Rusiyası tərəfindən nəşrini əngəlləyib. Ümumiyyətlə, Bakıxanovun bu əsəri  milli tarixdə mühüm rola malikdir. Ona görə də, həm Çar Rusiyası, həm də Sovet Rusiyası Bakıxanovun bu əsərinə və onun şəxsiyyətinə birmənalı yanaşmayıb.
F.Ələkbərov bildirib ki, Bakıxanov Azərbaycan mədəniyyətində və tarixində hələ də layiqli yerini ala bilməyib. Belə ki, Çar Rusiyası və SSRİ dövründə Bakıxanov islamçılıqda, Quba üsyanına yardım etməkdə, feodallıqda və s. məsələlərdə ittiham olunduöğu halda, indi də Çar Rusiyasının polkovniki olmaqda və suçlanır. Ələkbərova görə, bu günə qədər Bakıxanovun "Gülüstani-İrəm" əsərinin orijinalının dövlət səviyyəsində Azərbaycan türkcəsində nəşr olunmamsı doğru deyil. Yalnız akademik Ziya Bünyadovun Bakıxanovun həmin əsərini 1991-ci ildə rus dilində yayımlamasıyla təsəlli tapırıq.

Ələkbərov deyib ki, bu gün Azərbaycanın birləşməsi məsələsi bəziləri üçün xəyal, ya da qeyri-ciddi görünə bilər. Amma bir gün Azərbaycan birləşəndə, yəni iki Azərbaycan bir olanda hamı bu gerçəkliyi öz gözləri ilə görüşəcək.

Tədbirdə çixş edən AMEA Fəlsəfə və Hüquq İnstitutunun nəzdindəki "Şah Xətai İrsini Araşdıran Qrup"un rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Nazim Hüseynov bildirib ki, Bakıxanov Səfəvi irsini bizə çatdıran böyük tarixçidir. Onun fikrincə, Bakıxanovun "Gülüstani-İrəm" tarixi əsərində Səfəvilərə geniş yer verməsi Çar Rusiyasının maraqlarına cavab verməyib. N.Hüseynov çıxışında Səfəvilərin Qızılbaşlıq ideologiyasının mahiyyətini də geniş şəkildə izah edib.

Daha sonra tədbirdə mövzuyla bağlı digər alimlər Mirzə Ənsəri, Şahin Bağırov, Paşa Həsənli və başqaları da maraqlı məqamlara toxunublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı