"AzerGold"un kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTO
Mayın 10-da Azərbaycan xalqının Ümumilli Lideri, böyük tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “AzerGold” QSC və onun törəmə şirkətləri - “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət ediblər.
Bu barədə Modern.az-a QSC-dən bildirilib.
...