Modern.az

Müdafiə nazirləri Rusiyaya toplandı

Müdafiə nazirləri Rusiyaya toplandı

Aktual

22 Fevral 2018, 22:20

Rusiya prezidenti Vladimir Putin Kreml Dövlət Sarayında təşkil olunan təntənəli gecədə Azərbaycanın müdafiə naziri Zakir Həsənov da daxil olmaqla bir neçə ölkənin müdafiə naziri ilə görüşüb. Modern.az APA-ya istinadən xəbər verir ki, tədbir 23 Fevral - Vətən Müdafiəçisi Günü münasibəti ilə təşkil olunub.

Kremlin mətbuat xidmətinin məlumatına görə, təntənəli tədbirdə, həmçinin Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə nazirləri iştirak edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok