Modern.az

Prezident Administrasiyasının rəhbəri istefa verdi

Prezident Administrasiyasının rəhbəri istefa verdi

Aktual

19 Aprel 2019, 20:51

Gürcüstanın Prezident Administrasiyasının rəhbəri Laşa Jvania istefa verib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində yazıb.

 

L.Jvania vəzifəsindən azad olunması ilə bağlı dövlət başçısı Salome Zurabişviliyə mart ayında müraciət edib. O, mayın 1-dən etibarən vəzifəsini tərk edəcək.

Qeyd edək ki, L.Jvania 2018-ci ilin dekabrında Gürcüstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. O, indiyədək Gürcüstan Patriarxlığı Fondunun rəhbəri olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok