Modern.az

Rusiya 36 ton Azərbaycan pomidorunu geri qaytardı

Rusiya 36 ton Azərbaycan pomidorunu geri qaytardı

Aktual

11 İyun 2019, 20:42

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin əməkdaşları müvəqqəti saxlama anbarlarında karantin məhsullar aşkar ediblər.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Azərbaycandan bu vilayətə ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidor gətirilib. Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Onun mövcudluğu həmçinin müxtəlif laborator ekspertizalarla da təsdiqini tapıb.

 

"Karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb", - deyə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol Vilayəti üzrə İdarəsinin məlumatında qeyd olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok