Modern.az

Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi

Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi

Aktual

15 Noyabr 2019, 16:54

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri noyabrın əvvəlində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan azərbaycanlılara baş çəkib.

 

Bu barədə Modern.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

İ.Hüseynovanın sözlərinə görə, Komitə saxlanılan şəxslərlə rəftarı monitorinq etmək, həmçinin ailələri ilə əlaqə saxlamalarına şərait yaratmaq üçün onlara baş çəkir.

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

 

İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qurulan "məhkəmə” qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok