Modern.az

Teymur Rəcəbov Qran-Pridən imtina etdi - SƏBƏB

Teymur Rəcəbov Qran-Pridən imtina etdi - SƏBƏB

Aktual

29 Noyabr 2019, 00:36

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Qran-Prinin IV mərhələsində iştirak etməyəcək.

Modern.az APA-ya istinadən xəbər verir ki, qrossmeysterin İsrailin Yerusəlim şəhərində təşkil olunacaq turniri buraxmasına səbəb sağlamlığında problemlərin yaranmasıdır.

O, artıq yarışda iştirakdan imtina edib. T.Rəcəbovu turnirdə kimin əvəzləyəcəyi turnir öncəsi dəqiqləşəcək. Zəruri tibbi araşdırma aparan FİDE şahmatçının müraciətinin əsassız olmadığına əminliyini təsdiqləyib.

Qeyd edək ki, mərhələ yarışı dekabrın 11-23-də olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok