Modern.az

\"Ərdoğanla birlikdə işləyirik\" - Tramp

\

18 Fevral 2020, 23:54

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin normallaşdırılması üzərində işləyirik".

Modern.az   “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

"Prezident Ərdoğanla çox yaxşı danışığım oldu. O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır. O, istəmir ki, orada minlərlə və yüz minlərlə insanı öldürsünlər", - Tramp jurnalistlərə deyib.

“Biz İdlib haqqında danışdıq, birlikdə işləyirik və baxırıq ki, nə etmək olar”, - deyə ABŞ prezidenti əlavə edib.

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı bazar ertəsi olub. Dövlət başçıları Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok