Modern.az

Cəbhədə gərgin vəziyyət yaranıb

Cəbhədə gərgin vəziyyət yaranıb

Aktual

18 Aprel 2012, 10:10

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 17-də saat 18:45-dən 18:50-dək və 22:25-dən 22:30-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən mövqelərimizi, saat 13:05-dən 13:25-dək Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, aprelin 18-də saat 01:00-dan 01:10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05:50-dən 06:00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok