Modern.az

İstanbulda gəmi qayıqla toqquşdu

İstanbulda gəmi qayıqla toqquşdu

Aktual

17 İyun 2021, 20:23

Türkiyənin İstanbul şəhərində Sultan Səlim Körpüsünün altında “AS ROSAILA” adlı ticarət gəmisi balıqçı qayığı ilə toqquşub.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, nəticədə, qayıq batıb.

 

Qəza 16:00 radələrində baş verib. Əraziyə xilasedicilər cəlb edilib. Qayıqda olan üç nəfərdən biri hadisə yerində, biri xəstəxanada həyatını itirib. Bir nəfərin isə həyatını xilas etmək mümkün olub.

 

 






 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok