Modern.az

Bakıda Pirallahı adlı yeni rayon yaradılır

Bakıda Pirallahı adlı yeni rayon yaradılır

Aktual

14 Dekabr 2012, 12:21

Modern.az xəbər verir ki, Bakı şəhərində yeni rayon yaradılır. Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında məsələ müzakirəyə çıxarılıb. Bildirilib ki,  yeni rayon Pirallahı adlanacaq. Belə ki, yeni rayon Bakının hazırda Xəzər rayonunun ərazisinə daxil olan Pirallahı qəsəbəsi, Çilov və Neft Daşları adalarının bazasında yaradılacaq.

Pirallahı rayonunun ümumi əhalisi 18 min, ərazisi isə 1500 hektar olacaq. Bununla da paytaxt rayonlarının sayı 12-yə çatacaq. Yeni rayonda 4 məktəb, poçt və 4 sənaye müəssisəsi var. Yeni rayonun yaradılmasında əsas məqsəd bu ərazidə turizm sektorunun inkişafına nail olmaqdır.  

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok