Modern.az

Səfirliyə hücumdan dəhşətə gəlmişəm - Peter Mixalko

Səfirliyə hücumdan dəhşətə gəlmişəm - Peter Mixalko

Aktual

5 Avqust 2022, 18:44

Mən Azərbaycanın Londondakı səfirliyinə ötən gün baş verən hücumdan dəhşətə gəlmişəm.

 

Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Peter Mixalko "Twitter" hesabında bildirib.

 

“Mən Azərbaycanın Londondakı səfirliyinə ötən gün baş verən hücumdan dəhşətə gəlmişəm. Diplomatik missiyalara və onların personalına qarşı zorakılıq qəbuledilməzdir. Şadam ki, səfirliyin heyəti və onların ailələri təhlükəsizlikdədirlər”, - diplomat qeyd edib.

 

Xatırladaq ki, avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb.

 

İlkin məlumata görə, hücumla əlaqədar 8 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok