Modern.az

Millimiz Avstriyaya qalib gəldi

Millimiz Avstriyaya qalib gəldi

Aktual

18 Sentyabr 2022, 14:55

Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatına qələbə ilə başlayıb.

 

Modern.az xəbər verir ki, komandamız 1/8 finalda Avstriyanı məğlub edib.

 

73 kq çəki dərəcəsində çıxış edən Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.

 

57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyevin rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.

 

Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Yığma 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi