Modern.az

Xocavənd Şəhidləri - Unutmadıq, unutdurmarıq!

Xocavənd Şəhidləri - Unutmadıq, unutdurmarıq!

Aktual

22 Sentyabr 2022, 16:46

Fərəcov Zülfüqar Museyib oğlu (27.04.1977 – 28.09.2020)

 

Fərəcov Zülfüqar 27 Aprel 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1988-ci ildən etibarən müharibənin ab-havasını ən çox ermənilərlə yanbayan yaşayan Azərbaycan kəndləri hiss edirdi. Hələ ilk vaxtlardan silahı və texnikası olmayan yer əhali kustar üsulla hazırlanmış silahlardan, ov tüfənglərin istifadə etməklə düşmənə müqavimət gösərməyə çalışırdı və bütün bunlar Fərəcov Zülfüqarın gözləri önündə baş verirdi. 1992-ci ilin 2 oktayabr günündən sonra Xocavənd rayonunun Əmirallar kəndi işğal olundu. Xocavənd əhalisi Azərbaycanın müxtəlif bölgələrinə dağıldılar. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılan və üç ildən artıq Murov istiqamətində xidmət etdikdən sonra mülki həyata qayıdan  Zülfüqar 2014-cü ildə müddətdən artıq hərbi qulluqçu kimi yenidən ordu sıralarına yazılır. Hərbi xidmət müddətində intizamlı hərbi qulluqçu kimi seçilməklə yanaşı, özündən yaşca kiçik olanlara qarşı mehriban münasibət bəsləyir, onların hərbi bilikləri və bacarıqları mənimsəməsində köməklik göstərir, böyükdən kiçiyə hamının qarşısında hörmət qazanır. 

 

2017-ci ilin iyul ayının 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutuldu. Düşmən tərəfin təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular. Hər bir azərbaycanlı qəlbində qəzəb atəşi ilə qovrulur, düşmənə layiqincə cavab vermək, qisas almaq üçün fürsət gəzirdi.  

 

Bu vaxt həmin istqamətdə xidmət aparan hərbi qulluqçulardan birinin narahatlıqdan gözlərinə yuxu getmir. Zəhranın və nənəsi Sahibə xanımın ölümü qəlbinin dərinliyindən incə bir sim kimi keçir. O “İstiqalal” snayperindən istifadə etməyi ustalıqla bacarır. Gərginliklə kecən bir neçə gündən sonra nəhayət gözlənilən tapşırıq gəlir. Şəhid düşən mülki şəxslərin qisasını almaq.Tapşırığın gərginliyi ilə sübh erkəndən oyanan hərbi qulluqçu qeyd dəftərinin arasından kiçik bir vərəq parçası cırır. İçində aşıb-daşan hislərin dalğası ilə “Qisasınız alındı” yazır. Sonra yazılı vərəq parçasını döş cibinə basır və yüklərini yığıb yola çıxırlar. Təpəliklərin arasında düşmən tərəfi atəş nəzarətinə götürmək üçün uyğun yer axtarırlar və həmin yeri tezliklə tapırlar,  müşahidəyə yatırlar. Snayperin nişangahı uzaqdakı boz təpəlikləri göstərir, boz təpəliklərin bağrında xətt boyu qazılıb uzanan səngərlər görünür,  səngərlərin içində düşmən əsgərləri yuvalanıb və səngərlərin içindəki düşmən əsgərlərinin silahları neçə-neçə Zəhraları nişan alıb. 

 

O, beynindən keçən fikirlər su kimi axıb düşmən səngərlərinə dolurdu, qazıq-qazıq olan boz təpəliklər suyu canına çəkirdi və beləliklə hərbi qulluqçu düşmən əsgərlərini daha aydın görürdü. Elə bil, su öz təmizliyində onların yerini nişan verirdi.  Hərbi qulluqçunun üzünə buzdan bir əminlik yayılmışdı, bu əminlik həyacanı daşa döndərir, ruhuna hakim kəsilən gərginliyi silib süpürürdü, təcrübə, bilik, bacarıq çiyninə sıxılan “İstiqalal”a can üfürürdü.

 

Döyüşçünün içindəki əminlik yenidən yüksəlir. Bu vaxt hədəf  görünür tətik çəkir və düşmən sərras atəşlə yerə sərilir. Sonra bir neçə atəş açırlar və hər atəşdə əvvəl-əvvəl Zəhraya tuşlanan silahlar susur, sonra həmin silahların tətiyinə sıxılan barmaqlar.Hərbi qulluqçuun qəlbinə qısa müddətli də olsa su sərpilir, dinclik qazanır, çünki uşaqlara, qocalara tuşlanan silahlaın bir neçəsi susur. 

 

Döyüşçülər atəşdən sonra bir qədər gözləyirlər və nəhayət gilizləri yığıb uzaqlaşırlar. Həmin günün səhəri hərbi qulluqçular balaca Zəhra və nənəsi Sahibə xanımın şəhid edildiyi yerə gəldilər və düşməni məhv etdikləri güllələrin gilizlərini onların qanı bulaşan torpağa basdırdılar. - Fərəcov Zülfüqar əməliyyata girməzdən öncə yazdığı kiçik vərəqi büküb o gilizlərdən birinin içinə qoymuşdu. “Qisasınız alındı”. 

 

Fərəcov Zülfqar 2014-cü ildən 2020-ci ilin 27 sentyabrınacan bir çox əməliyyatlarda iştirak edib. O,“İstiqlal” snayperindən ustalıqla istifadə etməyi bacarırdı. Buna görə bir çox diplom və medalla təltif olunub. 

 

“Müharibə başlayanacan bizə bu barədə məlumat verməmişdi” – həyat yoldaşı Şəlalə xanım söyləyir  –  “O, ailədə qayğıkeş və mehriban bir adam idi, ancaq işi evə gətirmirdi, evdə hərbi ilə bağlı dilindən heçnə eşitmək olmazdı. Əmrahın dərsləri ilə maraqlanırdı. Qohumdan, dostdan xəbərlər alırdı. Başqa heç nə. 27 sentyabr günü... Onların hərbi hissəsi döyüşə birinci girəcəkdilər. Müdafiə sədlərini yarmaq onların üstünə düşürdü. İlk günlərin döyüşləri çətin alınacaqdı. O, bəlkə də, öz taleyini duymuşdu və baş verəcəkləri danışıb bizim əhvalımıza duz tökmək istəmirdi. Bilmirəm. İndi həmin günləri xatırlayanda mənə məlum olur ki, sən demə, o həmin vaxt bizimlə vidalaşırmış. İndi onun bütün hərəkətlərini buna yozuram. Qəlbinin dərinliklərindəki hisləri, düşüncələri oxumağa çalışıram. Özümü onun yerinə qoyuram. Gör ürəyi necə böyük imiş!”

 

27 senytabr günü Fərəcov Zülfüqar və döyüş yoldaşları Füzuli istiqmətindən döyüşlərə qatılır. Bu istiqmətdə düşmənin böyük müdafiə istehkamları var idi. Müharibənin birinci mərhələsində böyük itkilər bahasına Azərbaycan ordusu geri durmayıb, həmin istehkamları ələ keçirmək, dərinliklərə aparan yolları açmaq istəyirdi. Ancaq düşmən müqavimət göstərirdi və günlər bir-birini qovduqca daha da zəifləyirdilər. 

 

Fərəcov Zülfqar və döyüş yoldaşları qarşı postun alınmasında qəhramanlıqla iştirak edirlər. Ancaq müdafiə xətti bir yox, bir neçə eşalondan ibarət idi. Buna görə alınan postda gözləməli olurlar və beləcə düşmən artileriyasının zərbələrinə məruz qalırlar. Bu zaman Fərəcov Zülfüqar yaralanan bir çox hərbi qulluqçuya ilkin tibbi yardım göstərir. Ancaq düşmən minaatanın mərmisi nəhayət onu da tutur və Fərəcov Zülfqar həmin yerdə şəhidlik zirvəsinə ucalır.

 

“Döyüşə qatılmazdan öncə sən demə telefon dükanından mənə telefon alıb. Satıcıya da deyib ki, gəlib burdan götürəcəklər ona verərsən” – Oğlu Fərəcov Əmrah həmin  günləri belə xatırlayır – “Mən o telefonu götürəndən sonra biz ancaq 27-si günü danışa bildik. Deyirdi təlimdəyik, narahat qalmayın, sən ancaq dərslərinlə maraqlan. Sonra adamların söz-söhbətlərindən, televiziya xəbərlərindən məlum oldu ki, yox, müharibə başlayıb. Mən ilk narahatlığı o zaman yaşadım. Növbəti söhbətimiz yenə 27-si günü baş tutdu və həmin söhbətdə, onun mənə söylədiyi yeganə şey o oldu ki, narahat qalmayım və dərslərimlə maraqlanım. Xəbər əvvəl yaralanma kimi gəlid. Atamla birlikdə döyüşən tanışlara zəng etdim. Onlar deyirdilər ki, bizim yanımızda deyil. Ümumiyyətlə, məlumatlar çox rabitəsiz idi. Nəhayət, günün sonunda şəhid olması xəbəri gəldi”.

 

Həmlə taborunun döyüş istiqaməti Vətən müharibəsinin ən çətin mövqelərindən birində, Seyidəhmədli istiqmətində idi. Bu istiqəmətdə düşmənin ciddi müdafiə bölmələri mövcuddu. Düşmən həmin əraziyə tunellər çəkmiş, bunkerlər yaratmışdı və Azərbaycan ordusuna ciddi müqavimət göstərirdi. Bu ərazidəki postların alınması Azərbaycan ordusunun dərinliklərə rahat irəliləməsi demək idi. Ancaq qələbə asan başa gəlməyəcəkdi. Uğurlu döyüş yolundan sonra bu istiqamətdə mühasirəyə alınan postlar yalnız oktyabr ayının ortalarında ordumuzun nəzarətinə keçəcəkdi. 

 

Fərəcov Zülfqar və onun döyüş yoldaşları müharibənin ilk günlərində böyük nəticə əldə edərək sonrakı uğurların qapısını açmışdılar. Müharibənin birinci mərhələsi, bəlkə də, ən çətin məhələ hesab olunurdu, ancaq onlar qorxmadan düşəmin hücümü dəf etmiş, nəhayət hücüm planını təşkil etməyə müvəffəq olublar. 

Fərəcov Zülfqar 28 sentyabr günü şəhidlik zirvəsinə ucalmışdı.  O Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Füzulinin azad olunması”, “Vətən Uğrunda” və “ Cəsur döyüşçü”medalları ilə təltif olunub. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok