Modern.az

Keçmiş xarici işlər naziri özünə yeni iş tapdı

Keçmiş xarici işlər naziri özünə yeni iş tapdı

Aktual

28 Sentyabr 2022, 13:32

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan özəl sektorda işə düzəlib.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Mnatsakanyan baş nazir Nikol Paşinyanın doğulduğu Yenokavan kəndindəki “Apaqa” istirahət mərkəzinə inkişaf direktoru və ya menecer kimi işə gedib. Keçmiş nazirlə əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab vermədi. Onun yaxınları da bu xəbəri təsdiqləyiblər”, – qəzet bildirib.

Xatırladaq ki, Zöhrab Mnatsakanyan 44 günlük müharibədən sonra, noyabrın 20-də xarici işlər naziri postundan istefa verib, lakin hələ də hakimiyyətlə əlaqələr saxlayır və onları tənqid etmir, bəzən onların xeyrinə tvitlər yazır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi