Modern.az

İranda etirazçılar polkovniki öldürdü - FOTO

İranda etirazçılar polkovniki öldürdü - FOTO

Aktual

28 Sentyabr 2022, 16:42

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Mohsen Dalvənd öldürülüb.

 

Modern.az xəbər verir ki, təcrübəli zabit etirazçılar tərəfindən qətlə yetirilib. 

 

Məlumata görə, hadisə Mohsen Dalvənd Sərdəşt şəhərində baş verib. Polkovnik bir neçə güllə yarası alıb və yerindəcə keçinib.

 

İnsident zamanı onun 4 cangüdəni də yaralanıb. 

 

Qeyd edək ki, ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir.  Nümayişlər zamanı 80-ə yaxın dinc etirazçı polislər tərəfindən öldürülüb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!