Modern.az

“Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ

“Oskar” mükafatından imtina edən aktrisa ÖLDÜ

3 Oktyabr 2022, 12:52

Tanınmış amerikalı aktrisa Saçin Litlfezer 75 yaşında vəfat edib. O, bazar günü xərçəngdən düynasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə “Deadline” nəşri yazıb.


Saçin Litlfezer yerli amerikalı – qızıldərili idi.  O, 1973-cü ildə aktyor Marlon Brandonun “Oskar” mükafatından imtina etməsilə yadda qalıb.

O zaman aktrisa mükafatlandırma mərasimindəki çıxışında Hollivudda öz xalqına qarşı ədalətsiz münasibətdən danışmışdı.

Məsələ belə olmuşdu: “Xaç atası“ filmindəki Vito Karleone roluna görə "Oskar" mükafatına namizəd olduğunu öyrənən aktyor Marlon Brando Kino Akademiyasını boykot etmiş və öz yerinə mükafatlandırma mərasiminə təmsilçi olaraq qızıl dərili aktrisa Saçin Litlfezeri göndərmişdi.

Səhnəyə çıxan Saçin Litlfezer Brandonun yerli amerikalılara qarşı pis münasibəti tənqid edən məktubunu oxumuşdu. O zaman onu fitə basmışdılar.

Hollivud Saçin Litlfezeri “qara siyahı”ya salmışdı. Kino Akademiyası düz 50 il sonra ondan üzr istədi.

Aktrisa “biz yerlilər (qızıldərililər-red.) çox səbirli insanlarıq, sadəcə 50 il gözləməli oldum!”, - deyərək hadisəyə münasibət bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir