Modern.az

Ötən gün yüzlərlə vaksin vurulub

Ötən gün yüzlərlə vaksin vurulub

Aktual

11 Oktyabr 2022, 16:34

Azərbaycanda son gündə koronavirus əleyhinə 786 vaksin vurulub.

 

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 299, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 271, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 40 nəfərdir.

 

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 898 973 təşkil edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ