Modern.az

Parlamentdə “Kəpəz”in problemi qaldırıldı, yardım istənildi

Parlamentdə “Kəpəz”in problemi qaldırıldı, yardım istənildi

Aktual

18 Oktyabr 2022, 11:34

Milli Məclisdə “Kəpəz” futbol komandasına maddi yardım edilməsi ilə bağlı müraciət səsləndirilib.

 

Modern.az xəbər verir ki, bununla əlaqədar Gəncənin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

 

Deputat gəncəli iş adamlarının “Kəpəz”ə maddi yardım etməyini istəyib. O, həmçinin Gəncədə yol və su kanalizasiyası problemlərinə də toxunub, təklif edib ki, bu məsələnin həlli istiqamətində addımlar atılsın:

 

"44 günlük müharibə ərəfəsində ermənilərin Gəncədə törətdiyi vandalizm cavabsız qalıb. Gəncədə baş verən terrorla bağlı hələ də Ermənistan cəzalandırılmayıb. Lakin Ukraynada baş verən terrorlara görə Rusiyaya sanksiyalar tətbiq olunur”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi