Modern.az

Nazir Rişi Sunaka görə İSTEFA VERDİ

Nazir Rişi Sunaka görə İSTEFA VERDİ

25 Oktyabr 2022, 17:08

Rişi Sunakın Baş nazir vəzifəsinin icrasına başlamasından dərhal sonra Böyük Britaniyanın biznes, energetika və sənaye strategiyası naziri Cekob Ris-Moqq istefa verib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

 

Daha əvvəl Ris-Moqq hakim Mühafizəkarlar Partiyasının lideri və ölkənin hökumət başçısı postu uğrunda mübarizədə keçmiş Baş nazir Boris Consonu dəstəkləyib.

 

Kanalın məlumatına görə, ətraf mühit, ərzaq və kənd inkişafı naziri Ranil Cayavardena, İcmalar Palatasındakı parlament partiyasının təşkilatçısı Vendi Morton da öz vəzifələrini itirəcəklər.

 

Bundan əlavə, ədliyyə naziri Brendon Lyuis istefa verdiyini rəsmən elan edib

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi