Modern.az

Qubada istirahət mərkəzi YANDI

Qubada istirahət mərkəzi YANDI

Aktual

5 Noyabr 2022, 19:57

Quba rayonunda istirahət mərkəzinin ərazisində yanğın baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Quba rayonunun İkinci Nügədi kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 100 m²) olan və tikintisi başa çatmayan dördmərtəbəli binanın 1-ci mərtəbəsində 100 m² sahəyə yığılan tikinti materialları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi