Modern.az

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi

Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi

Aktual

Bu gün, 14:34

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 11-də və 12-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir iki gün ərzində 379 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Keçirilən sıra baxışında polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan 461 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb.

Sizə yeni x var
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?