Modern.az

Əbu-Dabi danışıqlarında irəliləyiş var

Əbu-Dabi danışıqlarında irəliləyiş var

Aktual

Bu gün, 13:35

Əbu-Dabidə keçirilən danışıqların yekununda tərəflər irəliləyiş əldə ediblər.

Modern.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. O, irəliləyişi “danılmaz fakt” adlandırıb.

Ryabkovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin amerikalı danışıqlar iştirakçılarına Moskvanın mövqeyini çatdıracaq. Bundan sonra ABŞ Avropadakı “himayəsində olanları ağıllandırmalı” olacaq.

Rusiya rəsmisi Avropa ölkələrinin mövqeyini də tənqid edib. O iddia edib ki, avropalılar “sağlam düşüncəni rəhbər tutmaq istəyi göstərmir və Kiyevi qeyd-şərtsiz dəstəkləməyə davam edirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?