Sülh və sabitliyə nail olmaq üçün atılan addımlar olduqca yaxşıdır. Bu, həm də birbaşa təsirə məruz qalan ölkələrin əhalisi tərəfindən qəbul edilməlidir.
Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa Şurasının Baş katibi Alen Berse deyib.
O qeyd edib ki, Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür. Biz birlikdə işləyirik və müsbət addımlara dəstək olmağa hər zaman hazırıq.
Baş katib ədalət olmadan sülh, məsuliyyət olmadan isə ədalətin ola bilmədiyinə diqqət çəkib. “Sülh və sabitlik əsas məqsəddir. Buna nail olmaq üçün biz demokratik dəyərlərə, insan hüquqlarının müdafiəsinə və qanunun aliliyinə sərmayə qoymalıyıq”, - deyə A.Berse vurğulayıb.