Ermənistan parlamenti TRIPP şirkətinin yaradılması ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
Modern.az xəbər verir ki, layihənin lehinə hakim partiyanı təmsil edən 64 deputat səs verib. Müxalifət müzakirədə iştirak etməyib.
Ədliyyə nazirinin müavini Tiqran Dadunts bildirib ki, səhmdar cəmiyyətləri haqqında qüvvədə olan qanunvericilik kifayət qədər çeviklik yaratmır.
Onun sözlərinə görə, bu səbəbdən TRIPP üçün razılaşdırılmış idarəetmə modeli ilə ölkədaxili ümumi hüquqi normalar arasında ziddiyyətlər yarana bilər.