ABŞ Prezidenti Donald Tramp İranla razılaşmaya artıq ehtiyac olmadığını bildirib.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.
“Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu – yüz milyardlarla dolları və boğazını (Hörmüz) ələ keçirmişik”, – deyə ABŞ Prezidenti iddia edib.
Tramp eyni paylaşımda vitse-prezident Ceyms Devid Vensə Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda baş verdiyini iddia etdiyi genişmiqyaslı korrupsiya və cinayət hallarına diqqət yetirməyi tapşırdığını bildirib.
O, Minnesota, Kaliforniya və İllinoys ştatlarını nümunə göstərərək həmin bölgələrdə milyardlarla dolların mənimsənildiyini iddia edib.
ABŞ Prezidentinin fikrincə, korrupsiya hallarının aradan qaldırılması ölkə büdcəsinin balanslaşdırılmasına kömək edə bilər.