Modern.az

Vitse-spikeri Saakaşviliyə baş çəkməyə qoymadılar

Vitse-spikeri Saakaşviliyə baş çəkməyə qoymadılar

Aktual

6 Noyabr 2022, 11:14

Polşa Seyminin vitse-spikeri Malqozheta Qoşevskanın Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və “Mtavari” teleşirkətinin direktoru Nika Qvaramiya ilə görüşünə icazə verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Qoşevska jurnalistlərə müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, qərarın əsaslandırılması zamanı bildirilib ki, həbsdə olan şəxslər ailə üzvü və ya deputat deyil.

 

“Mən Mixail Saakaşvili ilə görüşmək istəsəm də, rədd edildim. Həmçinin “Mtavari” televiziyasının direktoru Nika Qvaramiya ilə görüşmək istədim, lakin eyni cavabı aldım. Fakt odur ki, ölkə prezidentinizin və ən böyük müxalifət televiziyalarından birinin direktorunun həbsdə olması Gürcüstan haqqında heç də yaxşı şey demir. Çox təəssüf edirəm ki, görüşlə bağlı növbəti dəfə imtina cavabı aldım və onların hansı şəraitdə olduğunu, səhətlərinin necə olduğunu görmək imkanım olmadı. Hökumətin izahatı mənim üçün tamamilə anlaşılmazdır, çünki əvvəlki illərdə dəfələrlə gürcü siyasi məhbuslara baş çəkmişəm və heç bir problem yaşamamışam. Bir daha deyim ki, Polşa dövləti humanitar məqsədlə dəfələrlə Mixeil Saakaşvilini Polşaya transfer etməklə bağlı müraciət edib”, - deyə Qoşevska vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi