Modern.az

Ərdoğan G20 sammitində mətbuat konfransı keçirib - VİDEO

Ərdoğan G20 sammitində mətbuat konfransı keçirib - VİDEO

Aktual

16 Noyabr 2022, 09:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 Liderlərinin Zirvə toplantısından sonra media mərkəzində mətbuat konfransı keçirib.


Modern.az xəbər verir ki, Ərdoğan İstanbuldakı son terror hadisəsi ilə bağlı “İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatına dəstək verənlər tökülən hər damla qanda da ortaqdır” deyib.

Prezident terrorla mübarizə ilə bağlı “Türkiyənin ədalətli mübarizəsi üçün bütün dost və müttəfiqlərimizin səmimi dəstəyini gözləyirik” söyləyib:
 

“Terror təhlükəsini mənbəyində aradan qaldırmaq strategiyamızı qətiyyətlə həyata keçirməyə davam edəcəyik”.


Ərdoğan çıxışında bu ifadələrdən istifadə edib: “Nə edirlərsə etsinlər, kimin arxasında gizlənirlərsə etsinlər, terrorçular onları gözləyən acı taledən qaça bilməyəcəklər”.


ABŞ-dan F-16-ların tədarükü ilə bağlı danışarkən Ərdoğan, "cənab Bayden müsbət irəliləyişlərin olduğunu söylədi" deyib.
 

Prezident taxıl dəhlizi ilə bağlı "danışıqlarımız davam edir və inanıram ki, bir problem yoxdur" söyləyib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi