Modern.az

Zaxarova Lavrova qarşı təxribat cəhdindən danışdı

Zaxarova Lavrova qarşı təxribat cəhdindən danışdı

Aktual

16 Noyabr 2022, 10:34

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kambocada XİN rəhbəri Sergey Lavrova qarşı təxribat cəhdindən danışıb.

Modern.az xəbər verir ki, Zaxarovanın sözlərinə görə, tədbirin keçirildiyi binanın çıxışında özünü jurnalist kimi təqdim edən qadın Lavrovun yanına qaçaraq telefonu ilə nazirə toxunmağa cəhd edib.
 

"Bu, açıq-aydın təxribat idi", - Zaxarova deyib.


Onun sözlərinə görə, qadından hansı medianı təmsil etdiyini öyrənməyə çalışıblar, lakin cavab ala bilməyiblər:
 

“Yəqin ki, xatırlayırsınız ki, həm ATƏT çərçivəsində, həm də bəzi beynəlxalq Qərb forumlarında jurnalistlərin belə hücumları olub”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi